10:46 03 Dekabr 2016
Canlı yayım
Pul

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 16% azalıb

report.az
AZƏRBAYCAN
Qısa URL
32 0 0

Azərbaycanda məşğulluq imkanlarının və əhalinin gəlirlərinin mütəmadi artımı, həmçinin ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflıq və ünvanlılığın təmin edilməsinə nəzarətin gücləndirilməsi bu yardımları alanların sayının bu ilin may ayında da azalması ilə müşahidə edilib.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda məşğulluq imkanlarının və əhalinin gəlirlərinin mütəmadi artımı, həmçinin ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflıq və ünvanlılığın təmin edilməsinə nəzarətin gücləndirilməsi bu yardımları alanların sayının bu ilin may ayında da azalması ilə müşahidə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay Azərbaycan üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 21 987 ailə (96 644 nəfər ailə üzvü) və ya 16% azalaraq 115 415-ə (503 181 nəfər ailə üzvü) enib. Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği 15,4% artmaqla müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb. 

May ayında ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33 056-nı (28,6%) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238 921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6 464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 551 nəfər olub.

Prezident İlham Əliyevin fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı üçün müraciət edilməsi və həmin yardımların təyinatı prosesinin avtomatlaşdırılması üçün nazirlik tərəfindən müvafiq tədbirlər planı üzrə işlər davam etdirilir. Elektron sistemin texniki infrastrukturunun qurulması üçün vacib proqram təminatları üzrə funksional tələblərin, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron müraciət formasının hazırlanması və s. işlərin görülməsi artıq təmin edilib.

Əsas mövzular