10:48 03 Dekabr 2016
Canlı yayım
Məsciddə namaz

Bu gün Müqəddəs Ramazanın niyyət axşamıdır

scwra.gov.az
AZƏRBAYCAN
Qısa URL
149 0 0

Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, bu il Azərbaycanda 18 iyun Ramazan ayının birinci günüdür. Fitr bayramı isə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

BAKI, 17 iyun-Sputnik. Sabahdan 12 ayın sultanı Ramazan başlayır.  Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. Bu axşam  Ramazan ayı boyunca oruc tutacaq şəxslər niyyət edəcəklər.

Ramazan ayı İslam dininin müqəddəs kitabı — Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır.

Sputnik xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, bu il Azərbaycanda miladi təqvimilə 18 iyun, hicri tarixilə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimilə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.

 

İftar duası

İlahi, Sənin əmrini yerinə yetirmək üçün oruc tutdum, Sən verən ruzilərlə iftar edirəm, yalnız Sənə təvəkkül edirəm!

Orucu batil edən əməllər

Əgər insan qəsdən orucu batil edən işlərdən görsə, orucu batil olur. Amma qəsdən olmasa eybi yoxdur. Bu hökmdə Ramazan ayının orucu ilə başqa oruclar arasında heç bir fərq yoxdur. Amma boynunda qüsl olan şəxs yatsa, sübh azanına qədər qüsl etməsə, orucu batildir.

— Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini görsə və orucunun batil olmasını güman edərək o işlərdən yenə də görsə, orucu batildir.

— Əgər bir şeyi zorla oruc tutanın boğazına töksələr və ya başını zorla suya batırsalar, orucu batil olmaz. Amma əgər (özünün) orucunu batil etməyə məcbur etsələr (məsələn, "orucunu yeməsən mal-dövlətinə, canına zərər yetirəcəyik"- desələr) və zərərin qarşısını almaq üçün özü orucunu yesə, orucu batildir.

— Oruc tutan şəxs boğazına bir şey töküləcəyini bildiyi yerə, yaxud onu orucunu özünün yeməsinə məcbur edəcəklərini bildiyi yerə (gücə və zora məruz qaldığı yerlərə) getməməlidir. Amma orucu pozmaq məqsədini tutub getməsə, yaxud gedəndən sonra ona bir şey yedizdirməsələr, orucu düzgündür. Əgər çarəsizlik üzündən orucu batil edən bir iş görsə və əvvəldən də məcbur olunduğunu bilsə, orucu batildir.

Orucu batil edən işlər, risalələrdə geniş şəkildə izah olunub. Oruc tutanların mütləq öz təqlid etdikləri müctehidlərin risalələrinə müraciət etmələləri lazımdır. 

Ümümilikdə Orucu batil edən əməllər aşağıdakılardır:

1-Yeyib-içmək

2-Qadın kişi yaxınlığı (istər məhrəm olsun istər naməhrəm olsun) və ya bilərəkdən qüsulun pozulmasına səbəb olan bir hərəkətin baş verməsi.

3-Allah və onun peyğəmbərləri, o cümlədən imamların adına yalan danışmaq.

4-Qəliz toz və tüstünü boğaza çatdırmaq.

5-Başı tamamilə suya batırmaq. Habelə dənizdə və hovuzda başı tam olaraq suya batırmaq.

6-Cənabət qüsulu vacib olduğu halda qüsul etmədən imsaq etmək.

7-Qadınlarda isə cənabətdən başqa heyz və nifas qüsulu da vacib olduqda qüsul etmədən sübhü açmaq

8-Qusmaq və imalə etmək.

 

Teqlər:
Azərbaycan

Əsas mövzular