22:03 02 Dekabr 2016
Canlı yayım
Hacı Şahin Həsənli - ilahiyyatçı

Hacı Şahin: Ramazanın gəlişi televiziyalarda yaxşı işıqlandırılmır

sputnik.az
AZƏRBAYCAN
Qısa URL
48 0 0

İlahiyyatçı: Azərbaycanda məzhəblər arasında problemlər heç vaxt olmayıb.

BAKI, 17 iyun – Sputnik. Dünyanın hər yerində müsəlmanların səbrsizliklə gözlədiyi, 11 ayın sultanı hesab edilən Ramazan ayının başlamasına artıq saatlar qalıb. Təqvimə əsasən ilk oruc 18 iyun tarixindən tutulmağa başlanacaq. Bayram isə 17 iyulda qeyd olunacaq.

İslam dinində 3 mübarək aylardan biri olan Ramazan ayını insanlar əslində bayram əhval ruhiyyəsində keçirməlidirlər. Lakin İslam coğrafiyasında illərdir davam edən siyasi çəkişmələr, hakimiyyət davaları, vətəndaş müharibələri bu müqəddəs ayın yüksək əhval ruhiyyədə qarşılanmasına kölgə salır. 

Bunun ən bəsit örnəyini ölkəmizdə də görmək olar. Ramazana saatlar qalmasına baxmayaraq, əvvəlki illərdə olan oruc tutma həyəcanı, müqəddəs ayı qarşılama sevinci insanların üzlərində hiss olunmur. 

İlahiyyatçı Hacı Şahin Həsənli Sputnik-ə açıqlamasında bunun səbəbini belə izah edib.

“Azərbaycanda Ramazanı yüksək səviyyədə keçirməyə hazırlaşan kifayət qədər dindar təbəqə var. Bununla bağlı problem olduğunu düşünmürəm. Amma İslam coğrafiyasında yaşanmaqda olan daxili müharibələr əlbəttə istər-istəməz öz təsirini göstərir”

Hacı Şahin, Ramazanın gəlişilə bağlı KİV-in, xüsusilə də televiziyaların lazımi qədər iş görmədiyini də deyib.

“KİV-in, əsasən də televiziyaların fəaliyyətindən tam razı deyiləm. Daha dolğun və güclü təbliğat işləri görülə bilər”

İlahiyyatçı qeyd edib ki, Ramazan ayı ərəfəsində şiə və əhli sünnə təriqətindən olan ilahiyyatçılar tez-tez görüş keçirirlər və bu ənənə belə davam edəcək. 

Hacı Şahin Həsənli Azərbaycanda məzhəblər arası problemlərin heç vaxt olmadığını, bundan sonra da olmayacağını söyləyib.


Əsas mövzular