22:03 02 Dekabr 2016
Canlı yayım
Самир Алиев_экономист

Ekspert: Manatın devalvasiya təhlükəsi keçməyib

Личный архив Самира Алиева
AZƏRBAYCAN
Qısa URL
57 0 0

Samir Əliyev: Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının azalma səbəblərindən biri kapital axını ilə bağlıdır.

BAKI, 16 iyun – Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda inflyasiya ilə bağlı cari il üçün proqnozları gercəkləşə bilər, xüsusilə ona görə ki, manatın ikinci devalvasiya təhlükəsi keçməyib. "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev Sputnik-ə açıqlamasında belə deyib.  

BVF-nin Azərbaycan missiyasının rəhbəri Raja Almarzoqi demişdi ki, BVF proqnozlarına görə, 2015-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 8,5%, 2016-cı ildə – 6,6% olacaq. Manatın fevral devalvasiyasından sonra BVF-də hesab edirdilər ki, ölkədə ikirəqəmli inflyasiya olacaq. Lakin hökümət qiymətlərin güclü artımına icazə vermədi. 

Bu məsələni şərh edən Əliyev “Manatın devalvasiya təhlükəsi hələ keçməyib. Bu məsələ hələ də gündəmdədir.” — deyə bildirib.

Ekspertin sözünə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalması səbəbindən, hazırda manatın əsas problemi kapital axını ilə bağlıdır: "Hökümət inzibati üsullarla kapital axınının qarşısını almağa çalışır. Əgər hökümət bu problemi ləngidə bilsə, onda dünya bazarında neftin qiyməti manat üçün təhlükəli olmayacaq.”

Əliyev onu da deyib ki, dünya bazarında neftin qiyməti 50 dollardan aşağı düşsə, manatın devalvasiyası qaçılmaz olacaq. Əgər neftin bir barelinin qiyməti 30-40 dollardan aşağı düşsə, ikinci kəskin devalvasiya baş verə bilər.

Ekspertin sözlərinə görə, yaxın vaxtlarda tədrici qiymət artımı baş verəcək. Artıq bu gündən etibarən bu artım bəzi sahələrdə müşahidə edilə bilər.

Azərbaycanda orta illik inflyasiya 2014-cü ildə 1,4% təşkil edib. Ölkənin valyuta bazarı böyük şok yaşayıb. AMB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixində 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib.

 


Əsas mövzular