18:35 10 Dekabr 2016
Canlı yayım
AZƏRBAYCAN

Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

AZƏRBAYCAN
Qısa URL
8 0 0

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 17-18-i Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 16 iyun — Sputnik. Sabah Azərbaycanda havanın temperaturu 36 dərəcəyədək qalxacaq.

Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, sabah Azərbaycanın bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Bakı və Abşeron yarımadasına gəldikdə isə A. Verdiyev bildirdi ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 17-18-i Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Əsas mövzular