23:16 09 Dekabr 2016
Canlı yayım
AZƏRBAYCAN

Macarıstan parlamentinin sədri Azərbaycana gəlir

AZƏRBAYCAN
Qısa URL
6 0 0

Macarıstan parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən biri olan Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfər edəcək.

BAKI, 15 iyun — Sputnik. Macarıstan parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən biri olan Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfər edəcək.

Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, işgüzar xarakterli səfər zamanı Milli Məclisdə və Azərbaycan hökumətində bir sıra görüşlər nəzərdə tutulur. 

Səfərdə digər məqsəd I Avropa Oyunları ilə tanış olmaq, bu sahədə Azərbaycanın təcrübəsini daha yaxından öyrənməkdir. Səfər çərçivəsində Köver Macarıstan milli komandasının üzvləri ilə görüş keçiriləcək. 

Səfər iyunun 21-dək davam edəcək.

Əsas mövzular