14:17 04 Dekabr 2016
Canlı yayım
Встреча президентов Турции и РФ

Ərdoğan Bakıya gəlməyən Avropa liderlərini tənqid etdi

© Cankaya.gov.tr
AZƏRBAYCAN
Qısa URL
106 0 0

Hərçənd ki, bu oyunların adı Avropa oyunlarıdır, amma Avropa liderlərindən heç kim yox idi, deyə Türkiyə prezidenti bildirib.

BAKI, 13 iyun – Sputnik. Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Dövlət Başçısı Vladimir Putinlə bir araya gəlib.

Heyətlərarası görüşdən sonra iki lider 1 saat təkbətək görüşüblər. Görüş mətbuata qapalı keçirilib.

Bundan öncə isə, prezidentlər jurnalistlərə bəzi açıqlamalar veriblər. Ərdoğan, Avropa oyunları açılış mərasiminin möhtəşəm keçdiyini qeyd edib. Türkiyə dövlət başçısı, oyunların açılışına gəlməyən Avropa Birliyi ölkələrinin rəhbərlərinə də mesaj göndərib.

"Tədbirlərin təşkilinə Azərbaycan çox ciddi sərmayə ayırıb. Hərçənd ki, bu oyunların adı Avropa oyunlarıdır, amma Avropa liderlərindən heç kim yox idi", deyə Ərdoğan bildirib.

Rusiya prezidenti Vladimir Putin də açılış mərasiminin, ümumilikdə oyunların təşkilindən razı qaldığını ifadə edib. 

"Deməliyəm ki, bu, çox təsirli tamaşa idi. İrimiqyaslı beynəlxalq idman tədbirinə layiq çox istedadlı, gözəl tamaşa hazırlanmışdı", deyə o bildirib.

Türkiyə və Rusiya prezidentlərinin görüşündə Ukrayna, Suriya və İraqdakı vəziyyət də müzakirə edilib.

Əsas mövzular