17:43 03 Dekabr 2016
Canlı yayım
manat

Azərbaycan əhalisinin gəlirləri yanvar-may aylarında 5,8 faiz artıb

banco.az
AZƏRBAYCAN
Qısa URL
7 0 0

Əhalinin sərəncamında qalan gəlirlər 14,6 milyard manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox olub.

BAKI, 12 iyun — Sputnik. 2015-ci il yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 5,8 faiz artaraq 16,2 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 1702,4 manat təşkil edərək 4,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 73,9 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 14,0 faizi isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 14,6 milyard manat təşkil edib və əvvəlki ilin eyni dövründəkindən 5,7 faiz çox olub.

Əsas mövzular