18:36 10 Dekabr 2016
Canlı yayım
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Azərbaycan Türkiyə prezidentləri görüşdü

© AZƏRTAC.
AZƏRBAYCAN
Qısa URL
14 0 0

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

BAKI, 12 iyun – Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Sputnik prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyev Türkiyə prezidentini hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət əsnasında “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub. Prezident İlham Əliyev Türkiyə idmançılarına uğurlar arzulayıb.


Əsas mövzular