23:51 06 Dekabr 2016
Canlı yayım
SİM kartlar

Heç kim başqasının adına sim-kart ala bilməyəcək

freepoll.ru
AZƏRBAYCAN
Qısa URL
3610

Mobil nömrələrin satışı ilə bağlı yeni qaydalar tətəbiq olunacaq.

BAKI, 12 iyun — Sputnik. Mobil nömrələrin satışı ilə bağlı yeni qaydalar tətəbiq olunacaq. 

Sputnik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı  tələb olunan şərtlərin təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edib. Yeni qərar əsasında telefon nömrələrinin (sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilir.

Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yeni qərarın qərarın üstünlüklərini açıqlayıb. Məlumatda deyilir ki, birinci əsas üstünlük ondan ibarətdir ki, abunəçi barədə məlumatlar subyekt barədə ilkin mənbədən formalaşdırılmaqla dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək. Bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq.

İkincisi, sənədləşmə bu qərara uyğun olaraq portal üzərindən verilən xüsusi servis vasitəsilə aparıldıqdan sonra bəzi hallarda abunəçilərin soyad və adlarında, ünvanlarda və s. problem yaradan səhvlərin qarşısı birmənalı şəkildə alınacaq və qeyd edilən məsələlərin həlli mümkün olacaq.  Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri-mümkün olacaq. 

Ücüncüsü, bir abunəçi başqa abunəçinin adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək. Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlərin (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndərilməsi imkanı yaranacaq. 

Yeni qərar “Elektron hökumət” quruculuğuna və  e-xidmətlərə də müsbət təsir göstərəcək. Belə ki, mobil operatorların abunəçi bazalarında olan səhvlər və FİN-ə uyğunlaşma olmaması bir çox e-xidmətlərin hazırlanmasına maneçilik 

Əsas mövzular