14:33 07 Dekabr 2016
Canlı yayım
İqlim dəyişikliyi

Ekoloq: iqlim dəyişikliyini supergüclər həyata keçirirlər

earth-chronicles.ru
AZƏRBAYCAN
Qısa URL
71 0 0

Telman Zeynalov: Bu gün dünyada iqlim dəyişikliyini süni yolla dünyanın böyük gücləri həyata keçirirlər.

BAKI, 10 iyun — Sputnik. Bu gün dünyada iqlim dəyişikliyini süni yolla dünyanın böyük gücləri həyata keçirirlər.

Bunu Sputnik-ə açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib.

Onun sözlərinə görə, son dövrlərdə qlobal istiləşmə ilə bağlı səslənən fikirlərin hamısı cəfəngiyyatdır: "Guya son günlərdə və yaxud son illərdə Azərbaycanda istiləşməni qlobal istiləşmə ilə izah etməyə çalışırlar. Bu deyilənlərin heç bir əsası yoxdur. Məsələn, son günlərdə havanın temperaturu bir neçə gündən bir qalxıb enir. Temperatur 35-40 dərəcə arasında oynayır. Bu hər hansı qlobal istiləşmə ilə bağlı deyil. Əslində iyun ayında havanın temperaturunun 35-40 dərəcə arasında olması Azərbaycan üçün xarakterikdir və normaldır.  Azərbaycanda elə illər olub ki, iyun ayında havanın temperturu 45 dərəcəyə qalxıb. Havanın kəskin şəkildə iki gündən bir dəyişməsi normal hal deyil. Bu təbii hal da deyil. Bu, süni yolla həyata keçirilən hadisədir. Bir də görürsən ki, kənd təsərrüfatı məhsullarının yetişdiyi bir vaxtda ölkə ərazisində mütəmadi leysan yağır, dolu düşür, yetişən məhsullar məhv olur. Yaxud uzun müddət quraqlıq olur. Elə bilrisiniz bunlar təbiət hadisəsidir? Yox! Bunlar bəzi xarici ölkələr tərəfindən süni yolla həyata keçirilir.”

Ekoloq hesab edir ki, qızmar günəş altında açıq havada işləmək  bir sıra ağır xəstəliklərə, xüsusən də xərçəng, dəri xəstəliklərinin yaranmasına səbə olur: “Bundan əlavə olaraq belə xəstəliklərin yayılmasına GMO tərkibli yeyinti məhsulları və təyyarələr vasitəsi ilə göydən yağdırılan zəhərlər də səbəb olur. Məqsəd də odur ki, özlərini super güc sayan ölkələr bu yolla dünyada  insanların  sayını kəskin azaltsınlar. Bu gün ABŞ-ın Alyaska ştatında xüsusi iqlim dəyişikliyi yarada biləcək texnoloji silahlar var ki, onlar vasitəsi ilə dünyanın müxtəli ölkəsində iqlim dəyişikliyənə nail olmaq olur. Belə silahlar təkcə ABŞ-da deyil, Çində, Rusiyada, Fransada və digər ölkələrdə var. Onlar bu texnoloji silahlar vasitəsi ilə dünyanıən müxtəlif  bölgələrində güclü yağmurlar yaradır, ölkələri su altında qoyur və yaxud  quru iqlim  formalaşdırırlar. Bu ölkələr  bu yolla öz niyyətlərini həyata keçrir və ölkələrin iqtisadiyyatını zəiflətməklə özlərindən asılı vəziyyətə salırlar.” 

Əsas mövzular