23:53 06 Dekabr 2016
Canlı yayım
həbsxana

Yaxın günlərdə növbəti əfv gözlənilir

AZƏRBAYCAN
Qısa URL
107 0 0

Bunu Sputnik-ə açıqlamasında hüquq müdafiəçiləri deyiblər.

BAKI, 9 iyun — Sputnik. Yaxın günlərdə növbəti əfv  gözlənilir. 

Bunu Sputnik-ə açıqlamasında hüquq müdafiəçiləri deyiblər.

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik-ə açıqlamasında deyib ki, sözügedən məsələ sırf ölkə başçısının səlahiyyətinə aid olan məslədir: “Prezident İlham Əliyev  mütəmadi olaraq ildə bir neçə dəfə humanizm nümayiş etdirərək  həbsdə olan insanların günahını bağışlayaraq, onları  əfv edir. Biz ölkə başçısından bundan sonra da belə humanist addımlar atmasının şahidi olacağıq.”

Hüquq müdafiəçisi Novella Cəfərova Sputnik-ə açıqlamasında deyib ki, 15 iyun — Milli Qurtuluş günü və Birinci Avropa Oyunları ilə əlaqədar olaraq  növbəti əfv fərmanı gözlənilir: “Artıq bir sıra məhbusların azad olunması üçün siyahı hazırlayıb aidiyyatı üzrə təqdim etmişik. Amma əfv etmə prezidentin səlahiyyətində olan bir məsələdir. Nəticəni gözləməliyik. Prezidentə əfv olunmaq üçün daha çox sadə məhbuslar müraciət edirlər. Onların ərizələri üstünlük təşkil edir. Əfv olunmaq istəyənlər arasında adlarını açıqlamadığım  ölkəmizdə populyar olan bir sıra məhbuslar da var.”

Hüquq müdafiəçisi Səadət Bənənyarlı da Sputnik-ə açıqlamasında deiyb ki, əfv fərnmanının imzalanması gözlənilir və bu ancaq ölkə başçısının səlahiyyətində olan məsələdir: “Ölkə başçısı hər zaman humanist addım atıb həbsdə olan şəxsləri əfv edir. Hesab edirik ki, bu, indiki vəziyyətdə cəmiyyət üçün stimulverici hal olardı.”

Bənənyarlı  bildirdi ki, İşçi qrup bu istiqamətdə işini davam etdirir:  “Ona görə də  Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu  əfv olunması zəruri hesab etdiyi şəxslərin siyashısını hazırlayaraq Əfv komissiyasına təqdim edib. Bizim siyahıda 17 nəfərin adı var. Ümid edirik ki, növbəti əfv bu şəxslərə də şamil olunacaq və onların da bir qismi azad olunacaq.”

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Sputnik-ə açıqlamasında bildirib ki, ölkə başçısı tərəfindən əfv sərəncamının veriləcəyinə çox inanır: “Qurtuluş günü və AŞ PA-nın yay sessiyası ərəfəsində belə bir əfvin veriləcəyinə inanıram. Yay sessiyasında Azərbaycanla bağlı dinləmələr olacaq. Artıq Azərbaycan üzrə həmməruzəçilər hesabatlarını hazırlayıblar. Təbii ki, hesabatda arzuolunmaz faktlar da göstəriləcək. Ona görə də əfvin verilməsi çox təqdirəlayiq olar. Amma unutmaq olmaz ki, əfvə təkcə cəmiyyəti maraqlandıran insanların adı düşmür.”

Hüquq müdafiəçisi zamanından asılı olmayaraq, əfv sərəncamının daim müsbət amil olduğunu da qeyd etdi: “Əfvin Avropa Oyunlarına  heç bir dəxli yoxdur. Hər bir an verilə bilər. Oyunlardan əvvəl, açılış olan gün və sonra. İnanırıq ki, İşçi Qrupu olaraq, çəkdiyimiz əziyyətlər hədər getməyəcək. Əməyimizə qiymət verilməsini çox istərdik. Hansı məhbuslar barəsində məsələ qaldırmışıqsa, onların azadlığa çıxması çox gözəl olardı. Onların sırasında xəstələr, cəzalarının çox hissəsini çəkmiş şəxslər var. Elələri var ki, əfv ərizələri də yazıblar.”

Qocamanlı onu da əlavə etdi ki, təqdim etdiyimiz siyahıdan çox məhbusun azad olunmasına ümid edirik:”Hamımız bu məsələnin tez həll olunmasını istəyirik. Çünki Avropa Oyunları elə bir yarışdır ki, tarixə düşür. Bu yarışa kölgə salmaq üçün ölkəmizdən xaricdə çoxlu işlər görülür. Bunu biz istəməzdik. Bura bizim ölkədir. Adına hansısa ləkə gəlməsini istəmirik. Bura gələnin hər biri gözəl Azərbaycan görməlidir. Hazırda bizim üçün öndə olan əsas məsələ əfvdir. Bu həftə əfv olacağını deyə bilmərəm. Əfv olmağına dəqiq olacaq. Ümid edirik ki, Avropa Oyunlarına qədər olacaq.”


Əsas mövzular