14:17 04 Dekabr 2016
Canlı yayım
Ekologiya və Təbii sərvətlər nazirliyi

Nazirlik isti hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

sputnik.az/Pəri Abbaslı
AZƏRBAYCAN
Qısa URL
31 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qarşıdakı bir neçə gün ərzində isti havanın yaradacağı diskomfort şəraitlə bağlı xəbərdarlıq edib.

BAKI, 8 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qarşıdakı bir neçə gün ərzində isti havanın yaradacağı diskomfort şəraitlə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Sputnik-ə açıqlamasında bildirib ki, iyunun 9-11-də günorta saatlarında isti diskomfort şəraiti bəzi s insanlarda narahatçılıq hissi yaradacaq və buna görə də vətəndaşlardan günorta saatlarına isti havadan özlərini qorusunlar: “Bu günlərdə Abşeron yarımadasında meteoamillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort şəraiti bəzi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər.”

Verdiyevin sözlərinə görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-30 dərəcə isti olacaq.

İyunun 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Əlaqədar

Şıx və Sahil çimərliklərindən istifadə qadağan edildi
Yaponiyada 200 nəfərlik danışıq qrupu üçün əlavə istifadəyə verilib
“Android”lər üçün "Viber”də videozəng funksiyası istifadəyə verilib

Əsas mövzular