17:42 03 Dekabr 2016
Canlı yayım
Leyla Əliyeva

Leyla Əliyeva: Atam heç vaxt səhv etmir

leyla-aliyeva.az
AZƏRBAYCAN
Qısa URL
25 0 0

Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva İnstagram səhifəsində hər zaman atasının fikirlərinə qulaq asdığını yazıb

BAKI, 4 iyun-Sputnik. Atamın verdiyi məsləhətlər hər zaman düz olur. Sputnik xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı  Leyla Əliyeva İnstagram səhifəsində  qeyd edib.. 

Leyla Əliyeva İnstagram səhifəsində hər zaman atasının fikirlərinə qulaq asdığını yazıb: "Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Həqiqətən belədir! Bu, sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun “bunu belə etməlisən” deməsini eşitməmişəm. O, sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunun onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar". 

Prezidentin qızı əlavə edib ki, ona görə də hər zaman atasının məsləhətlərinə qulaq asır: “Atam bir qayda olaraq, heç vaxt səhv etmir". 

“Bütün işlərimdə onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm ekologiya sahəsi, həm də “Baku” jurnalı ilə bağlı gördüyüm işlər daxildir” – deyə xanım Əliyeva əlavə edib.

 

Əsas mövzular