14:31 07 Dekabr 2016
Canlı yayım
Dayə

Ötən il doğulan oğlanlarla qızlar arasındakı say fərqi böyükdür

homepersonnel.az
AZƏRBAYCAN
Qısa URL
8 0 0

2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub.

BAKI, 3 iyun — Sputnik. 2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. Ötən ilin rəqəmləri ilə müqayisədə bu normal göstəricidir. Ancaq yenə də qızlarla oğlanlar arasında fərq böyükdür.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Səfərov bildirib ki, 2012-ci ildən bu yana il ərzində doğulan uşaqların sayında azalma müşahidə olunur: “2014-cü ildə 170 min 503 uşaq dünyaya gəlib. Qeyd edim ki, 2012-ci ildən bu yana respublikada doğulan uşaqların sayında azalma müşahidə olunur. Digər tərəfdən isə, ötən il doğulan uşaqların arasında oğlanlarla qızlar arasındakı fərq böyükdür. 170 min 503 uşaqdan 79 min 93-ü qız, 91 min 410-u oğlandır. Bu mənfi göstəricilərdən biridir. Qızlar və oğlanların sayı arasındakı məsafə artmaqdadır”.

Əsas mövzular