23:53 06 Dekabr 2016
Canlı yayım
Kür çayı

Kür Araz çaylarında çirklənmə normadan dəfələrlə artıqdır

sputnik.az
AZƏRBAYCAN
Qısa URL
7 0 0

Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və çirkab suları Kür çayında biogen maddələrin miqdarını normadan dəfələrlə artırıb.

BAKI, 3 iyun-Sputnik. Kür və Araz çaylarında çirklənmə normadan dəfələrlə çoxdur. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik-ə verilən məlumatda  deyilir ki,  Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayının üçüncü dekadası üçün növbəti monitorinqləri həyata keçirib.

Həyata keçrilən monitorinq nəticəsində bəlli olub ki, mayın 3-cü ongünlüyündə Kür çayında suyun sərfi 2-ci ongünlüyünə nisbətən 88 m3/san azalaraq 491 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.4, Ağstafaçay su anbarında isə 3.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının 3-cü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 4, Birinci Şahsevəndə 4.1, Bəhramtəpədə isə 3.6 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.1-7 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. Bunlar da  normadan dəfələrlə artıqdır.

 

 

Əsas mövzular