11:58 11 Dekabr 2016
Canlı yayım
Elmar Məmmədyarov

Terrorizmlə mübarizədə əməkdaşlıq bölgənin təhlükəsizliyinə töhfədir

atvxeber.az
AZƏRBAYCAN
Qısa URL
3 0 0

Rusiya və Azərbaycanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsindəki əməkdaşlığı regionda stabillik və təhlükəsizliyin təmin olunmasına vacib töhfə verir.

BAKI, 2 iyun — Sptunik. Rusiya və Azərbaycanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsindəki əməkdaşlığı regionda stabillik və təhlükəsizliyin təmin olunmasına vacib töhfə verir.

Sputnik xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiya mətbuatına müsahibəsində deyib.

Məmmədyarov bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərini mehriban qonşuluq, bir-birinin daxili işinə qarışmamaq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq çərçivəsində qurmağa çalışır: “Rusiya və Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bizi çox sevindirir. Bu gün münasibətlərin möhkəmliyinin sınaqdan keçdiyi bir vaxtda Azərbaycanla Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edir və bütün sahələri əhatə edir. Bizim münasibətlər qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.  Bu gün biz Rusiyadan geniş çeşidli müxtəlif məhsullar alırıq. Azərbaycanda 500-dən artıq Rusiya şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. Onlardan 200-ü 100 faizli Ruisya kapitalı, 300-ü isə birgə müəssisə kimi fəaliyət göstərir. Bunlar sırasında Rusiyanın “Qazprom”, “LUKOYL”, KamAZ, VTB kimi məşhur şirkətlər var.

Azərbaycandan Rusiyaya mineral xammal, kənd təsərrüfatı məhsulları, tekstil, pambıq və digər məhsular göndərilir. “

Nazir onu da əlavə edib ki, son  illərdə ölkələrimiz arasında turizm sahəsində əlaqələr inkişaf edir: “Turizm sahəsində də inkişaf üçün yaxşı perspektiv var. İlbəil Rusiyadan gələn turistlərin sayı artır. Bizdə rusiyalıların istirahəti üçün yaxşı şərait var.”

Rusiya ilə təhsil və mədəniyyət sahəsində də uğurlu əməkdaşlıqdan məmnunluğunu qeyd edən nazir bildirib ki, hazırda 13 min azərbaycanlı tələbə Rusiyanın ali təhsil ocaqlarında təhsil alır: “Praktik olaraq   hər həftə demək olar ki, tanınmış Rusiya musiqi qrupları Bakı səhnəsində çıxış edirlər. Bu tip qarşılıqlı səfərlər və tələbə mübadiləsi Azərbaycan mədəniyyətinin, mətbəxinin təbliğində müstəsna rol oynayır və bizi sevindirir.”

Nazir sonda deyib ki, bu gün Azərbaycanda 120 minlik rus icması var: “Onlar Azərbaycanın ən layiqli vətəndaşlarıdır və ölkənin inkişafına öz töhfələrini verirlər.”

Əsas mövzular