21:25 09 Dekabr 2016
Canlı yayım
Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb

Daxili Qoşunların I Avropa Oyunlarında xidmətə hazırlığı yoxlanıldı

dq.mia.gov.az
AZƏRBAYCAN
Qısa URL
28 0 0

Hərbi hissələrin şəxsi heyəti I Avropa Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə tam hazırdır.

BAKI, 2 iyun — Sputnik. Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakı şəhərində yerləşən 2 hərbi hissəsində I Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunacaq hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb.

Sputnik-in Daxili Qoşunların saytına istinadən verdiyi məlumata görə, Məmmədova məruzə olunub ki, hərbi hissələrin şəxsi heyəti I Avropa Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsinə tam hazırdır.

  • Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb
    Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb
    dq.mia.gov.az
  • Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb
    Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb
    dq.mia.gov.az
  • Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb
    Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb
  • Daxili Qoşunların xidmətə hazırlığının yoxlanılması
    Daxili Qoşunların xidmətə hazırlığının yoxlanılması
    dq.mia.gov.az
1 / 4
dq.mia.gov.az
Daxili Qoşunların I Avropa Oyunlarına xidmətə hazırlığı yoxlanılıb

Xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmət yerləri ilə əyani tanışlığı təmin edilib. Daxili Qoşunların bütün şəxsi heyəti ilə l Avropa Oyunlarının tarixi əhəmiyyəti və siyasi mahiyyəti barəsində, xidmət zamanı davranış xüsusiyyətləri ilə əlaqədar söhbətlər aparılıb. Həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib. Yarışlara gələcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə hərbi qulluqçulara polis orqanlarının əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularla 45 günlük ingilis dili kursları təşkil olunub. 2014-cü ilin sonundan etibarən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə təşkil olunmuş kurslarda təlim keçmiş mühəndis-istehkam qruplarının təminatına və təchizatına diqqət yetirilib.

Daha sonra xidmət aparılan zaman əməliyyat qərargahları, köməkçi əməliyyat qərargahları, eləcə də Daxili Qoşunların Baş İdarəsində Baş İdarəetmə Mərkəzi ilə dayanıqlı rabitənin təşkil edilməsi üçün rabitə avadanlıqlarına baxış keçirilib. Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir avadanlıq, texnika və xüsusi avtomobillər alınıb. Yarışlar zamanı şəxsi heyətin daşınması üçün əsasən iritutumlu və ortatutumlu avtobuslardan istifadə olunacaq.

Məmmədov Daxili İşlər Nazirliyinin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində cavabdehlik daşıyan məsul vəzifəli şəxslərə konkret tapşırıqlar verib. Sonra o, şəxsi heyət qarşısında çıxış edib. I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan komandan qeyd edib ki, bu kimi beynəlxalq turnirlərin məhz Azərbaycanda reallaşması heç də təsadüfi deyil: "Respublikamız dünyada müasir, sabit və dinamik inkişaf edən ölkə kimi tanınır, daxili sabitliyin və ictimai asayişin hökm sürdüyü ölkəmizin beynəlxalq nüfuzu günü-gündən artmaqdadır".

Məmmədov oyunlar zamanı təhlükəsizlik tədbirlərinə son dərəcə məsuliyyətlə yanaşmağın vacibliyini vurğulayıb. Qeyd edib ki, müasir tarixə əlamətdar hadisə kimi düşəcək ilk Avropa Oyunları Azərbaycanın yeniyetmə və gənclərinin idmana cəlb olunmasında çox böyük rol oynayacaq. Eyni zamanda Avropa Oyunları ölkənin dünyada daha da tanınmasına və böyük inam qazanmasına gətirib çıxaracaq.

Əsas mövzular