21:16 09 Dekabr 2016
Canlı yayım
Prezident İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışındaselfie

Bakı Şəhər bulvarının açılışında prezidentlə selfie çəkdirdilər

© AZƏRTAC. azertag.az
1 / 2
AZƏRBAYCAN
Qısa URL
28 0 0

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iyunun 1-də Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

BAKI, 1 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iyunun 1-də Bakı Ağ Şəhər bulvarının açılışında iştirak ediblər.

Prezident rəmzi açılışı bildirən lenti kəsib. Sonra burada istirahət edən sakinlərlə görüşüb. Sakinlər həm İlham Əliyev, həm Mehriban Əliyeva, həm də Arzu Əliyeva ilə selfie çəkdiriblər. 

“Ağ Şəhər bulvarı” əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.

Dövlət başçısının sərəncamı ilə inşa olunan Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Burada gələcəkdə Uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Bundan başqa, açıq havada yaradılan trenajor sahəsi də istirahətə gələnlərin ixtiyarına veriləcək. Ağ Şəhər bulvarında 2 kilometr uzunluğu olan velosiped yolu yaradılıb.

Yeni bulvarın inşası ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən və dünyanın ən iri müasir layihələrindən biri olacaq “Bakı Ağ Şəhər” layihəsini tamamlayır.

Bulvardakı “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək xüsusi qatarlar da hərəkət edəcək. Qatarların bulvar boyu bir neçə yerdə dayanacağı olacaq.

Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb.

Əlaqədar

Mehriban Əliyeva uşaq tərbiyə müəssisələrində olub
Pan Gi Mun İlham Əliyevə məktub göndərib
İlham Əliyev: Zəngin qaz resursları bizi ən azı 100 il təmin edəcək
Leyla Əliyeva xoşməramlı səfir oldu
İlham Əliyev Atletlər və Media kəndlərinin açılışlarında iştirak edib

Əsas mövzular