18:41 10 Dekabr 2016
Canlı yayım
Çölçü filmi

“Çölçü” filmi “Golden world awards 2015” mükafatını qazanıb

nargismagazine.az
AZƏRBAYCAN
Qısa URL
2610

Şamil Əliyevin “Çölçü” filmi İndoneziyada keçirilən ''World film awards'' festivalının ''Beynəlxalq film'' bölməsində “Golden world awards 2015” mükafatına layiq görülüb.

BAKI, 1 iyun — Sputnik. Şamil Əliyevin “Çölçü” filmi İndoneziyada keçirilən ''World film awards'' festivalının ''Beynəlxalq film'' bölməsində “Golden world awards 2015” mükafatına layiq görülüb. 

Mükafatlar 2015-ci il iyunun 19-da Indoneziyanın Cakarta şəhərində təqdim olunacaq.  

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunmuş Şamil Əliyevin “Çölçü” bədii filmi 28 beynəlxalq kino festivallarında iştirak edərək 11  mükafata layiq ğörülüb. Bu festivallar A, B kateqoriyalı festivallardır. Belə ki, film A kateqoriyasından olan Qahirə və Tallinn Beynəlxalq Kinofestivalının əsas müsabiqəsində, B kateqoriyasından olan bir çox film festivallarında Azərbaycanı ilk dəfə təmsil edib.

Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə (Birləşmiş Krallıq, İtaliya, İspaniya, Serbiya, Rusiya, Çexiya, Misir, İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Tacikistan, Banqladeş, Ukrayna, Estoniya daxildir.

“Çölçü” filmi 3 ən yaxşı film kimi baş mükafatlara, 3 ən yaxşı rejissor işinə görə, ən yaxşi ssenari, ən yaxşı qadın oyunçu, yaradicılıq axtarışlarına görə, münsiflərin xüsusi mükafatlarina və Humay milli mükafatlarina layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur…

Əsas mövzular