20:19 07 Dekabr 2016
Canlı yayım
Hacı Allahşükür Paşazadə

Vladimir Putin Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib

qafqazislam.com
AZƏRBAYCAN
Qısa URL
2 0 0

Rusiya prezidenti Şeyxülislamı bu şərəfə konfessiyalararası dialoq və sosial-mədəni münasibətlərin inkişafındakı xidmətlərinə görə layiq görüb.

BAKI, 29 may — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib.

Sputnik xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Fəxri Fərmanı bu gün QMİ-də Şeyxülislama təqdim edib.

Səfir qeyd edib ki, Rusiya prezidenti Şeyxülislamı konfessiyalararası dialoq və sosial-mədəni münasibətlərin inkişafında göstərdiyi xidmətlərinə görə bu şərəfə layiq görüb. 

Tədbirdə qeyd olunub ki, buna qədər A. Paşazadə Rusiyanın “Dostluq” və “Şöhrət” ordenləri, həmçinin Rus Pravoslav Kilsəsinin “Böyük Knyaz Vladimir” adına I dərəcəli ordeni, “Müqəddəs Sergey Radonejevski” adına I dərəcəli ordeni və “Şöhrət və Şərəf” ordeni ilə də təltif olunub.

Mərasimdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak ediblər.

A. Paşazadə bildirib ki, onun həyatı Rusiya ilə bağlıdır: "Biz keçmiş Sovet İttifaqında birgə yaşamışıq. Bu gün də Azərbaycanla Rusiya arasındakı əlaqələri möhkəmdir və biz də bunda aktiv rol oynayırıq".

Şeyxülislam qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin ona münasibəti yüksək səviyyədədir: “Putinin mənə yüksək münasibəti, etimadı var. Bunu dəfələrlə onunla görüşümüzdə də bildirib. Mən də həmişə çalışmışam ki, bu etimada sadiq, sədaqətli olum”.

A. Paşazadə onu da bildirib ki, istər Heydər Əliyevin vaxtında, istərsə də indi prezident İlham Əliyevin sayəsində Rusiya-Azərbaycan dostluğu yüksək səviyyədədir.

Əsas mövzular