Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zaxarova Ukraynadakı NATO əsgərləri barədə: Qərbin RF-ə qarşı hibrid müharibəsinin sübutu

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Abunə olmaq
Baş nazir Ukraynada hansı ölkələrin əsgərlərinin və neçə nəfərin olduğunu açıqlamayıb.
BAKI, 9 may - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın baş naziri Donald Tuskun NATO-nun Ukraynada olması ilə bağlı sözlərini RİA Novosti-yə şərh edib.
Onun sözlərinə görə, Polşa baş nazirinin sözləri Qərbin Rusiyaya qarşı hibrid müharibə apardığının təsdiqidir.
Donald Tusk
Donald Tusk - Sputnik Azərbaycan, 1920, 09.05.2024
Donald Tusk
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Ukraynada NATO əsgərlərinin olduğunu etiraf edib.

“Bu, Qərbin Rusiyaya qarşı hibrid müharibəsi aparmasının təsdiqidir”, - diplomat agentliyə bildirib.

09.05.24, 19:15
Polşanın baş naziri Donald Tusk Ukraynada NATO əsgərlərinin olduğunu etiraf edib. RİA Novosti xəbər verir ki, baş nazir bunu jurnalistlərlə söhbətində deyib.

"NATO hazırda mümkün qədər kömək edir. NATO-nun köməyi olmasaydı, Ukrayna bu qədər uzun müddət özünü müdafiə edə bilməzdi. Bəli, orada bir qədər qoşun, yəni əsgərlər var. Orada az sayda əsgər var. Müşahidəçilər, mühəndislər...", - Tusk jurnalistlərə bildirib.

Lakin o, Ukraynada hansı ölkələrin əsgərlərinin və neçə nəfərin olduğunu açıqlamayıb.
© AFP 2023 / Vano ShlamovABŞ ordusunun əsgərləri, arxiv
ABŞ ordusunun əsgərləri - Sputnik Azərbaycan, 1920, 09.05.2024
ABŞ ordusunun əsgərləri, arxiv
Bundan əvvəl Fransa lideri Emmanuel Makron “Economist”ə müsahibəsində bildirmişdi ki, Rusiya Federasiyası cəbhə xəttini yararsa, Ukraynadan müraciət olduğu təqdirdə bu ölkəyə qoşun yeridilməsi ehtimalını istisna etmir. Onun sözlərinə görə, “bir çox Aİ ölkələri” qoşunların mümkün göndərilməsi ilə bağlı Fransanın yanaşması ilə razılaşıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Makronun bu açıqlamalarını şərh edərkən vurğulayıb ki, fransız qoşunları Ukrayna münaqişəsi zonasında olarsa, Rusiya ordusunun hədəfinə çevriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0