Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

NATO Ukraynaya qoşun göndərməkdən imtina etdiyini elan etmək niyyətindədir

© AFP 2023 / GINTS IVUSKANSNATO bayrağı
NATO bayrağı - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Məsələnin Şimali Atlantika Alyansının sammiti zamanı müzakirə olunacağı gözlənilir. Sammit bu il iyulun 9-dan 11-dək baş tutacaq.
BAKI, 8 may — Sputnik. NATO Alyansın Ukrayna münaqişəsinə birbaşa müdaxiləsindən imtinanı qeyd edəcək bəyannaməni təsdiq edə bilər.
Bu barədə İtaliyanın "Corriere della Sera" (CDS) qəzeti sənəd layihəsinə istinadən məlumat yayıb.
Məsələnin Şimali Atlantika Alyansının sammiti zamanı müzakirə olunacağı gözlənilir. Sammit bu il iyulun 9-dan 11-dək baş tutacaq.
Bu bəyanatı artıq hərbi blokun baş katibi Yens Stoltenberq səsləndirib. Onun sözlərinə görə, hərbçilərin göndərilməsi nəzərdə tutulmayıb. Bununla belə, NATO ölkələrinin Ukrayna səfirliklərində yerləşən və "tövsiyələr verən" müşavirləri var.
Əvvəllər bildirilmişdi ki, hərbi personalın xüsusi əməliyyat zonasına göndərilməsi ideyası Qərbdə bəyənilmir. Belə ki, amerikalı milyarder və sahibkar Devid Saks hətta belə bir addımın üçüncü dünya müharibəsi ilə nəticələnə biləcəyini bəyan edib.
Xəbər lenti
0