Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Afrikanın suverenliyini və təhlükəsizliyini gücləndirməyə kömək edəcək - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.04.2024
Abunə olmaq
Rusiya XİN rəhbəri qeyd edib ki, Afrika dövlətləri ilə uzunmüddətli strateji tərəfdaşlıq qurmaq Rusiyanın mütləq prioritetləri sırasındadır.
BAKI, 24 aprel — Sputnik. Rusiya bütün ölçülərdə Afrika ölkələrinin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiya - Afrika: Növbəti nədir?" III Beynəlxalq Gənclər Forumunun təntənəli açılışında videomüraciətində deyib.

"Biz öz tərəfimizdən Afrika dövlətlərinin suverenliyinin və təhlükəsizliyinin gücləndirilməsinə bütün ölçülərdə kömək etməyə davam edəcəyik. Afrika ölkələrinin insan resursları potensialının yaradılmasına, verilən təqaüdlərin sayını artırmağa, qitədə Rusiya universitetlərinin və məktəblərinin filialları açmaqla və açıq təhsil mərkəzləri şəbəkəsini inkişaf etdirməyə çalışacağıq" - dedi rusiyalı nazir.

Lavrov qeyd edib ki, Afrika dövlətləri ilə uzunmüddətli strateji tərəfdaşlıq qurmaq Rusiyanın mütləq prioritetləri sırasındadır:
"Bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən ötən il martın 31-də təsdiq edilmiş yenilənmiş Xarici Siyasət Konsepsiyasında qeyd olunub".
O əlavə edib ki, Afrika qitəsini dünya düzəninin formalaşmaqda olan çoxqütblü arxitekturasında fərqli dünya səviyyəli mərkəz hesab edirik:

"Son illərdə afrikalı dostlarımız milli inkişafda mühüm uğurlara imza atıblar".

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə "Rusiya - Afrika: Növbəti Nə var?" III Beynəlxalq Gənclər Forumu keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0