Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya həmişə danışıqlara hazır olub - Ekspert

© Sputnik / Владимир ТрефиловRusiya və Ukrayna bayraqları
Rusiya və Ukrayna bayraqları - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Putin dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib.
BAKI, 17 aprel — Sputnik. Rusiya lideri Vladimir Putin Rusiya Federasiyasının Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlardan heç vaxt vaz keçmədiyini açıqlayıb.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey MakQovern bildirib.
"Onlar hər iki gündən bir deyirlər ki, danışıqlara hazırdırlar, lakin Zelenskinin bir ildən çox əvvəl təklif etdiyi gülünc düstur əsasında deyil. Mən bunu başa düşürəm. Sadəcə olaraq, Zelenskinin düsturuna nəyin daxil olduğuna baxın" - o "Dialogue Works" YouTube kanalına müsahibəsində deyib.
MakQovern vurğulayıb ki, Putin dəfələrlə danışıqlara hazır olduğunu bəyan edib.
O, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri "ərazi ardınca əraziləri zəbt edirlər".
Bundan əvvəl amerikalı politoloq Tomas Qrem demişdi ki, əgər Vaşinqton Putinin Rusiya Federasiyasının təhlükəsizliyi ilə bağlı narahatlığını ciddi qəbul etsəydi, Ukraynadakı münaqişənin qarşısını almaq olardı.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Ukraynada Kiyevlə mümkün danışıqlara dair vəziyyət dəyişməyib.
Xəbər lenti
0