Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov: Olimpiada zamanı Ukrayna ilə barışıq üçün rəsmi təklif olmayıb

© AFP 2023 / BEHROUZ MEHRIOlimpiada
Olimpiada  - Sputnik Azərbaycan, 1920, 17.04.2024
Abunə olmaq
Kreml nümayəndəsi qeyd edib ki, Kiyev rejimi qoşunların yenidən qruplaşdırılması üçün bu cür təşəbbüslərdən istifadə edir.
BAKI, 17 aprel — Sputnik. Kreml Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukraynadakı xüsusi hərbi əməliyyat (XHƏ) zonasında barışıq təşkil etmək üçün Fransadan rəsmi təklif almayıb.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Hələ mart ayında Fransa Prezidenti Emmanuel Makron Rusiyadan 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı XHƏ zonasında müvəqqəti atəşkəs elan etməsini xahiş edəcəyini söyləyib.
Peskov qeyd edib ki, bir qayda olaraq, Kiyev rejimi qoşunların yenidən qruplaşdırılması və yenidən silahlanması üçün bu cür fikir və təşəbbüslərdən istifadə edir, buna görə də belə təkliflərin nəzərdən keçirilməsi xeyli çətinləşir.
"İndiyədək heç kim bununla bağlı rəsmi addım atmayıb" - Peskov əlavə edib.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Makrona əks təkliflə çıxış edib - XHƏ zonasında hərbi əməliyyatları dayandırmaq üçün diplomat Kiyev rejiminə silah tədarükünün dayandırılmasını tövsiyə edib.
Xəbər lenti
0