Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir"

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Rusiya prezidenti deyib ki, "Sirkon" dəniz bazalı hipersəs raket sistemi artıq döyüşlərdə istifadə olunub, bu sistem xidmətdədir.
BAKI, 29 fevral — Sputnik. Rusiya bir sıra perspektivli silah sistemləri üzərində işləyir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
O, çıxışında Xüsusi Hərbi Əməliyyat zonasında "Kinjal" hipersəs raket sistemindən səmərəli istifadə edildiyini, "Prevestnik" qanadlı raketinin və "Poseydon" sisteminin sınaqlarının da tamamlandığını qeyd edib.

"Bir sıra digər perspektivli silah sistemləri üzərində iş davam edir. Biz alimlərimizin və silah istehsalçılarımızın yeni nailiyyətləri ilə tanış olacağıq" - Putin əlavə edib.

© © Ministry of Defence of the Russian Federation“Sirkon” hipersəs raketinin buraxılışı, arxiv
Первый запуск гиперзвуковой ракеты Циркон  - Sputnik Azərbaycan, 1920, 29.02.2024
“Sirkon” hipersəs raketinin buraxılışı, arxiv
Rusiya prezidenti deyib ki, "Sirkon" dəniz bazalı hipersəs raket sistemi artıq döyüşlərdə istifadə olunub, bu sistem xidmətdədir:
"Rusiyanın strateji nüvə qüvvələri zəmanətli şəkildə istifadəyə tam hazırlıq vəziyyətindədir".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir.
Konstitusiyaya uyğun olaraq, Rusiya prezidenti hər il Federal Məclisə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında mesajla müraciət edir.
Prezidentin müraciəti Rusiya Federasiyasının inkişaf vektorunu müəyyənləşdirir və bir qayda olaraq qanunların və fərmanların əsasına çevrilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0