Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiya taxıl və buğdasının əsas alıcısı olaraq qalır

© AFP 2023 / AAREF WATADtaxıl
taxıl  - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Rusiya Taxıl İxracatçıları İttifaqı 2023-2024-cü il mövsümünün birinci yarısının nəticələrinə aid material dərc edib.
BAKI, 10 yanvar — Sputnik. 2023-2024-cü il mövsümünün birinci yarısının nəticələrinə əsasən (2023-cü il iyulun 1-dən 2024-cü il iyunun 30-dək) Türkiyə Rusiya taxıl və buğdasının əsas idxalçısı olaraq qalır.
Rusiya Taxıl İxracatçıları İttifaqının materiallarına əsasən, bu qənaətə gəlmək olar.
"Türkiyə 2023-2024-cü illər mövsümünün birinci yarısının nəticələrinə əsasən Rusiya taxıl və buğdasının əsas idxalçısı mövqeyini qoruyub", - deyə birliyin "Teleqram" kanalında bildirilib. İttifaqın qiymətləndirməsinə görə, bu dövrdə Türkiyənin Rusiya Federasiyasından taxıl idxalı illik ifadədə 12,7%, o cümlədən buğda 2% azalaraq 3,929 milyon ton olmaqla 4,281 milyon ton təşkil edib.
Öz növbəsində, Misir buğda alışının azalması (mənfi 24,7%, illik 2,952 milyon ton) hesabına taxıl idxalçıları siyahısında üçüncü yerə enib. Belə ki, Misir Rusiyadan taxıl alışını 24,6% azaldıb və 2,956 milyon tona çatdırıb. Bu göstəricilər nəticəsində İran Misiri geridə qoyaraq ikinci yerə yüksəlib.
İran, həm də yemlik taxıl bitkilərinin idxalını əhəmiyyətli dərəcədə artırıb: 3,902 milyon ton (illik plyus 4,9%). Eyni zamanda İran Rusiya Federasiyasından buğda idxalını əhəmiyyətli dərəcədə azaldıb - 39,8%, yəni 1,063 milyon tona qədər. Bununla da İran Rusiyadan taxıl alışlarının nəticələrinə görə beşinci yeri tutub.
Mövsümün birinci yarısında Rusiyadan taxıl idxalına görə dördüncü və beşinci yerlərdə Səudiyyə Ərəbistanı (plyus 10,2%, yəni 2,009 milyon ton) və Banqladeş (1,966 milyon ton, demək olar ki, 2,5 dəfə artım) qərarlaşıblar.
Rusiya buğdasının idxalçıları siyahısında Misir ikinci yerdə, alışını 2,4 dəfə artıraraq 1,928 milyon tona çatdıran Banqladeş isə üçüncü yerdə qərarlaşıblar. Dördüncü yeri Əlcəzair qərarlaşıb: ölkə Rusiya Federasiyasından buğda tədarükünü 25,7% artıraraq 1,448 milyon tona çatdırıb.
Xəbər lenti
0