Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill İlham Əliyevi təbrik edib

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidPatriarx Kirill, arxiv
Patriarx Kirill, arxiv - Sputnik Azərbaycan, 1920, 22.12.2023
Abunə olmaq
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına qayğıkeş münasibətə və konstruktiv qarşılıqlı fəaliyyətə görə Sizə minnətdaram.
BAKI, 22 dekabr — Sputnik. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Siz atanızın layiqli varisi olaraq 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində yüksək məsuliyyətlə çalışırsınız. Siz təcrübəli dövlət lideri, doğma ölkəsini hərarətlə sevən bir insan kimi onun sosial-iqtisadi inkişafına, cəmiyyətdə millətlərarası dialoqun və vətəndaş həmrəyliyinin dəstəklənməsinə böyük töhfə verirsiniz.
Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının ehtiyaclarına qayğıkeş münasibətə və konstruktiv qarşılıqlı fəaliyyətə görə Sizə minnətdaram. Ümidvaram ki, bu fəaliyyət gələcəkdə də insanların həyatında daimi əxlaqi dəyərlərin, xeyirxahlıq ideallarının və şəfqətin təsdiqlənməsinə kömək edəcəkdir.
Sizə möhkəm cansağlığı, daim ruh yüksəkliyi, sülh və Azərbaycan xalqının maraqları naminə gələcək fəaliyyətinizdə Uca Yaradanın köməyini arzulayıram".
Məlumat üçün bildirək ki, Ulu öndərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilən Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib. 2018-ci ildə səslərin 86,03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0