https://sputnik.az/20231031/antonov-abs-in-rusiyada-konstitusiya-qurulusunu-pozmaq-cehdleri-ugursuzluga-ducar-olacaq-460119619.html
Antonov: ABŞ-ın Rusiyada konstitusiya quruluşunu pozmaq cəhdləri uğursuzluğa düçar olacaq
Antonov: ABŞ-ın Rusiyada konstitusiya quruluşunu pozmaq cəhdləri uğursuzluğa düçar olacaq
Sputnik Azərbaycan
Antonov xatırladıb ki, münaqişələri qızışdırmaq əvəzinə, ABŞ-dan olan "psevdostrateqlər" öz vətəndaşlarının təhlükəsizliyindən narahat olsalar yaxşı olardı. 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T16:03+0400
2023-10-31T16:03+0400
2023-10-31T16:07+0400
anatoli antonov
rusiya
rusiya prezidenti vladimir putin
mahaçqala
hava limanı
abş
səfir
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/09/448378527_0:177:3015:1872_1920x0_80_0_0_e22c0c0544ca1b8786b4919f9703b72f.jpg
BAKI, 31 oktyabr — Sputnik. Vaşinqtonun Rusiya Federasiyasında konstitusiya quruluşunu pozmaq cəhdləri uğursuzluğa məhkumdur. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. Amerika tərəfinin Rusiyada millətlərarası və dinlərarası harmoniyaya xələl gətirmək cəhdləri də faydasızdır. "Vaşinqton birdəfəlik dərk etməlidir: ölkəmizdə konstitusiya quruluşunu, eləcə də Rusiyanın qədim zamanlardan fərqləndirdiyi millətlərarası və dinlərarası harmoniyanı pozmağa yönəlmiş istənilən cəhdlər uğursuzluğa məhkumdur", - deyə diplomat bildirib. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb. O vurğulayıb ki, münaqişələri qızışdırmaq əvəzinə, ABŞ-dan olan "psevdostrateqlər" öz vətəndaşlarının təhlükəsizliyindən narahat olsalar yaxşı olardı. Antonov xatırladıb ki, amerikalılar ölkədə silahlı zorakılıq epidemiyasından, o cümlədən irqi nifrətdən qaynaqlanan zorakılıqlardan əziyyət çəkirlər. Bu ərəfədə Ağ Evin nümayəndəsi Con Kirbi Rusiya rəhbərliyi tərəfindən Dağıstanda baş verən hadisənin qınanmamasını bildirib. Antonov bu ifadəni "ödün reaksiyası" adlandırıb. Onun sözlərinə görə, Ağ Ev "Rusiya Federasiyasının etno-konfessional birliyini pozmağa" cəhd edib. Xatırladaq ki, Mahaçqala hava limanında Fələstin-İsrail münaqişəsinə etiraz edən yüzlərlə etirazçı toplaşıb. İğtişaşçılar İsraildən gələn təyyarənin sərnişinlərini axtarmaq üçün uçuş-enmə zolağına çıxıblar. Mahaçqala hava limanında baş verən hadisələrlə bağlı Dağıstanda cinayət işi açılıb. Respublika başçısı Sergey Melikov iğtişaşları qanunsuzluq adlandırıb. Rusiya Prezidenti Vladimir Putin Mahaçqala hava limanında baş verən iğtişaşlarla əlaqədar iclas keçirib. Xüsusilə, o, Rusiya cəmiyyətini kənardan, o cümlədən mürəkkəb texnologiyaların köməyi ilə sabitliyi pozmaq və parçalamaq cəhdlərindən danışıb. Rusiya lideri Mahaçqala hadisələrinin sosial şəbəkələr vasitəsilə Qərbin xüsusi xidmət orqanlarından ilhamlandığını açıqlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/09/448378527_141:0:2872:2048_1920x0_80_0_0_2b881f61919a3425324033de7f6e2356.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
anatoli antonov, rusiya prezidenti vladimir putin, mahaçqala, hava limanı, abş, səfir
anatoli antonov, rusiya prezidenti vladimir putin, mahaçqala, hava limanı, abş, səfir
Antonov: ABŞ-ın Rusiyada konstitusiya quruluşunu pozmaq cəhdləri uğursuzluğa düçar olacaq
16:03 31.10.2023 (Yenilənib: 16:07 31.10.2023) Antonov xatırladıb ki, münaqişələri qızışdırmaq əvəzinə, ABŞ-dan olan "psevdostrateqlər" öz vətəndaşlarının təhlükəsizliyindən narahat olsalar yaxşı olardı.
BAKI, 31 oktyabr — Sputnik. Vaşinqtonun Rusiya Federasiyasında konstitusiya quruluşunu pozmaq cəhdləri uğursuzluğa məhkumdur.
Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Amerika tərəfinin Rusiyada millətlərarası və dinlərarası harmoniyaya xələl gətirmək cəhdləri də faydasızdır.
"Vaşinqton birdəfəlik dərk etməlidir: ölkəmizdə konstitusiya quruluşunu, eləcə də Rusiyanın qədim zamanlardan fərqləndirdiyi millətlərarası və dinlərarası harmoniyanı pozmağa yönəlmiş istənilən cəhdlər uğursuzluğa məhkumdur", - deyə diplomat bildirib. Bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
O vurğulayıb ki, münaqişələri qızışdırmaq əvəzinə, ABŞ-dan olan "psevdostrateqlər" öz vətəndaşlarının təhlükəsizliyindən narahat olsalar yaxşı olardı. Antonov xatırladıb ki, amerikalılar ölkədə silahlı zorakılıq epidemiyasından, o cümlədən irqi nifrətdən qaynaqlanan zorakılıqlardan əziyyət çəkirlər.
Bu ərəfədə Ağ Evin nümayəndəsi Con Kirbi Rusiya rəhbərliyi tərəfindən Dağıstanda baş verən hadisənin qınanmamasını bildirib. Antonov bu ifadəni "ödün reaksiyası" adlandırıb. Onun sözlərinə görə, Ağ Ev "Rusiya Federasiyasının etno-konfessional birliyini pozmağa" cəhd edib.
Xatırladaq ki, Mahaçqala hava limanında Fələstin-İsrail münaqişəsinə etiraz edən yüzlərlə etirazçı toplaşıb. İğtişaşçılar İsraildən gələn təyyarənin sərnişinlərini axtarmaq üçün uçuş-enmə zolağına çıxıblar.
Mahaçqala hava limanında baş verən hadisələrlə bağlı Dağıstanda cinayət işi açılıb. Respublika başçısı Sergey Melikov iğtişaşları qanunsuzluq adlandırıb.
Rusiya Prezidenti Vladimir Putin Mahaçqala hava limanında baş verən iğtişaşlarla əlaqədar iclas keçirib. Xüsusilə, o, Rusiya cəmiyyətini kənardan, o cümlədən mürəkkəb texnologiyaların köməyi ilə sabitliyi pozmaq və parçalamaq cəhdlərindən danışıb. Rusiya lideri Mahaçqala hadisələrinin sosial şəbəkələr vasitəsilə Qərbin xüsusi xidmət orqanlarından ilhamlandığını açıqlayıb.