Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Qəzzanın məhv edilməsində uzunmüddətli humanitar fəlakət barədə xəbərdarlıq edib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 28.10.2023
Abunə olmaq
Diplomat münaqişəni dayandırmağa və əhalinin xilas edilməsi üçün humanitar proqramlar elan etməyə çağırıb.
BAKI, 28 oktyabr - Sputnik. Qəzzanın məhv edilməsi və dinc əhalinin oradan qovulması onilliklər, hətta əsrlər boyu fəlakətə səbəb olacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “BelTA”ya müsahibəsində deyib.
"Əgər Qəzza məhv edilərsə, iki milyon sakin oradan qovularsa, bu, onilliklər ərzində, bəlkə də daha uzun, yüzilliklər boyu fəlakət yaradacaq", - deyə diplomat bildirib.
Bununla əlaqədar diplomat İsraillə Fələstinin HƏMAS hərəkatı arasındakı münaqişəni dayandırmağa və Qəzza zolağında blokadada qalan əhalinin xilas edilməsi üçün humanitar proqramlar elan etməyə çağırıb. Eyni zamanda, Rusiya xarici işlər naziri suveren Fələstin dövlətinin yaradılması ilə bağlı İsraillə birbaşa danışıqların mümkün olmadığını bildirib.
“KP.RU” saytı yazıb ki, Rusiya Fələstin-İsrail münaqişəsi ilə bağlı ABŞ layihəsinə alternativ olan qətnamə layihəsi hazırlayıb. Onun mətnində dərhal və davamlı atəşkəsin olması və Qəzza zolağının sakinlərinin anklavın cənubuna köçməsi əmrinin ləğv edilməsi yer alıb.
Bundan əlavə, layihədə humanitar fasilələrin və dəhlizlərin təşkili, mülki girovların dərhal və qeyd-şərtsiz azad edilməsi, həmçinin HƏMAS-ın İsrailə hücumunun və İsrailin Qəzza zolağının əhalisinə fərq qoymadan endirilən zərbələrinin qınanması ilə bağlı bəndlər da var.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Xəbər lenti
0