Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna ordusunun son sutkadakı itkiləri açıqlandı

© AP Photo / Evgeniy MaloletkaUkrayna hərbçiləri, arxiv
Ukrayna hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 15.10.2023
Abunə olmaq
"Vostok" qoşun qruplaşmasının cənub Donetsk istiqamətindəki bölmələri ordu aviasiyası və artilleriyası ilə birlikdə 128-ci ərazi müdafiə briqadasının hücum qrupunun Staromayorsko kəndi ərazisindəki hücumunu dəf edib.
BAKI, 15 oktyabr - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Donetsk istiqamətində "Cənub" qoşun qrupu gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 5 hücumunu dəf edib, Kiyev 410-a qədər hərbçi və 9 texnika itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Donetsk istiqamətində “Cənub” qüvvələr qrupunun bölmələri aviasiya və artilleriyanın dəstəyi ilə 56-cı mexanikləşdirilmiş briqada və 127-ci ərazi müdafiə briqadasının bölmələrinin Donetsk Xalq Respublikasının Dubovo-Vasilevka və Kleşçeevka, Orexovo-Vasilievka yaşayış məntəqələrində beş hücumunu dəf edib” – Rusiya MN-dən bildirilib.
Bundan başqa, "DXR"in Andreevka və Kleşçeevka ərazilərində 93-cü mexanikləşdirilmiş briqadanın, 112-ci ərazi müdafiə briqadasının, Ukrayna Silahlı Qüvvələrinin 5-ci və 3-cü hücum briqadalarının canlı qüvvəsi və texnikası vurulub. Həmçinin "DXR"-in Dıleyevka, Jelannı və Tonenki rayonlarında Ukrayna Silahlı Qüvvələrinin 28-ci və 31-ci mexanikləşdirilmiş briqadalarının və 116-cı ərazi müdafiə briqadasının sursat anbarları məhv edilib.
“Bu istiqamətdə düşmənin ümumi itkiləri 410 nəfərə qədər hərbçisi həlak olub və yaralanıb, iki zirehli döyüş maşını və üç texnikası məhv edilib. Əks-batareya döyüşü zamanı “Akasiya” özüyeriyən artilleriya qurğusu, Msta- B haubitsa, həmçini D-30 və D-20 habutsaları zərərsizləşdirilib”, - MN-dən bildirilib.
Cənbi Donetsk istiqaməti
"Vostok" qoşun qruplaşmasının cənub Donetsk istiqamətindəki bölmələri ordu aviasiyası və artilleriyası ilə birlikdə 128-ci ərazi müdafiə briqadasının hücum qrupunun Staromayorsko kəndi ərazisindəki hücumunu dəf edib.
Bundan əlavə, "DXR"in Novomixailovka, Uqledar, Vodyanoy, Staromayorsk, Urojaynı, eləcə də Zaporojyenin Priyutni rayonlarında 79-cu Hava Hücumunun, 72-ci Mexanikləşdirilmiş Briqadaların, 127-ci və 128-ci Briqadaların canlı qüvvəsi və texnikası məğlubiyyətə uğradılıb.
“Düşmənin itkiləri 155 nəfərədək şəxsi heyət, iki zirehli döyüş maşını və üç texnika olub”, - deyə Müdafiə Nazirliyi bildirib.
Zaporojye istiqaməti
Zaporojye istiqamətində Rusiya hərbçiləri Zaporojye vilayətinin Verbovo kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 71-ci Yager briqadasının hücum qrupunun hücumunu dəf edib.
Qeyd olunur ki, aviazərbələr və artilleriya atəşi nəticəsində Rabotino ərazisində Ukrayna Silahlı Qüvvələrinin 65-ci mexanikləşdirilmiş briqadasının şəxsi heyəti və texnikası darmadağın edilib.
“Düşmənin ümumi itkiləri 55 Ukrayna hərbçisi, iki zirehli döyüş maşını, üç texnika, ABŞ istehsalı olan bir M-777 artilleriya sistemi və bir D-30 haubitsı təşkil edib”, - Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Kupyansk istiqaməti
Kupyansk istiqamətində "Qərb" qrupunun bölmələri aviasiya və artilleriya dəstəyi ilə Xarkov vilayətinin Novoyexorivka və Sinxovka əraziləri, həmçinin "LXR"in Makeevka ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 68-ci Yaeger, 14-cü Mexanikləşdirilmiş və 95-ci Hava Desant Hücum Briqadalarının hücum qruplarının altı hücumu dəf edilib. Ordu aviasiyası Sinxovka və İvanovka ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 14-cü və 32-ci mexanikləşdirilmiş briqadalarının şəxsi heyətini və texnikasını vurub.
“Düşmənin bu istiqamətdə itkiləri 50-dən çox hərbçi, bir tank, iki zirehli döyüş maşını, iki pikap, həmçinin “Qvozdika” özüyeriyən artilleriya qurğusu olub”, - Rusiya Hərbi İdarəsinin hesabatında deyilir.
Krasnolimansk istiqaməti
Krasnolimansk istiqamətində "Mərkəz" qrupunun bölmələri ordu aviasiyası və artilleriyasının dəstəyi ilə Ukraynanın 12-ci Xüsusi təyinatlı "Azov" * və 63-cü Mexanikləşdirilmiş Briqadasının hücum qruplarının üç hücumunu dəf edilib. "DXR"in Torsko və Qriqorovka ərazilərində, eləcə də Çervona Dibrovada düşmənin canlı qüvvəsi və texnikası darmadağın edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, bu istiqamətdə düşmənin gündəlik itkiləri 180-dək Ukrayna hərbçisi, üç zirehli döyüş maşını və iki pikap olub.
Xerson istiqaməti
Xerson istiqamətində Rusiya qoşunları Kiyevin Aleşkinski adası ərazisində iki təxribat-kəşfiyyat qrupunun fəaliyyətini dayandırıb, 20-yə qədər hərbçi və iki maşın zərərsizləşdirilib.
Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqələrinin dağıdılması
Rusiya ordusu Xarkov vilayətinin Podliman kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 66-cı mexanikləşdirilmiş briqadasının komanda məntəqəsini darmadağın edib. Bundan başqa, Dnepropetrovsk vilayətindəki Dnepr aerodromunda Ukrayna ordusunun radiotexniki hissəsinin rabitə mərkəzi məhv edilib.
Cəmi bir gündə Rusiya qoşunları 133 ərazidə Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına hücum edib.
Hava hücumundan müdafiə işi
Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri üç HIMARS RYAS mərmisini vurub.
Bununla yanaşı, son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri "LXR", "DXR", Zaporojye və Xerson vilayətlərində 67 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
XHƏ-nin başlanmasından bəri
Ümumilikdə, xüsusi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 488 hərbi təyyarə, 250 helikopter, 7888 pilotsuz uçuş aparatı, 441 zenit-raket kompleksi, 12640 tank və digər zirehli döyüş texnikası, 1163 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 6771 sahə artilleriya qurğusu və minaatan, o cümlədən 14297 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
* Rusiyada qadağan edilmiş terror təşkilatı
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0