https://sputnik.az/20231013/putin-rusiya-mdb-de-sedrliyi-dovrunde-herbi-emekdasliga-xususi-diqqet-yetirecek-459578721.html
Putin: Rusiya MDB-də sədrliyi dövründə hərbi əməkdaşlığa xüsusi diqqət yetirəcək
Putin: Rusiya MDB-də sədrliyi dövründə hərbi əməkdaşlığa xüsusi diqqət yetirəcək
Sputnik Azərbaycan
Putin qeyd edib ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə... 13.10.2023, Sputnik Azərbaycan
2023-10-13T17:45+0400
2023-10-13T17:45+0400
2023-10-13T17:45+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
mdb
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459577776_0:0:2803:1577_1920x0_80_0_0_7130012c9dadb8a2cf493506e1ee889a.jpg
BAKI, 13 oktyabr — Sputnik. Rusiya gələn il MDB-də sədrliyi zamanı hərbi əməkdaşlığa və tarixin saxtalaşdırılmasına qarşı mübarizəyə xüsusi diqqət yetirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin MDB sammitinin geniş tərkibdə keçirilən iclasında deyib. "Hərbi və hüquq-mühafizə sahələrindəhəm yeni, həm də ənənəvi çağırışlara birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə, Birliyin xarici sərhədlərinin möhkəmləndirilməsinə diqqət yetiriləcək", - deyə o, bildirib. Putin qeyd edib ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir. "Biz ümumi keçmişimizin yaddaşını qorumaq, tarixi saxtalaşdırmaq və nasizmi gücləndirmək cəhdlərinə qarşı koordinasiyalı addımlar atmağı vacib hesab edirik", - Rusiya prezidenti bildirib. "Rusiya MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinə əlavə təkan verməyi planlaşdırır. Moskva vahid hüquqi məkanın formalaşdırılması üçün qanunvericilər arasında əməkdaşlığın intensivləşdirilməsində, parlament assosiasiyaları ilə əlaqələrin gücləndirilməsində maraqlıdır", - Putin qeyd edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0d/459577776_0:0:2729:2047_1920x0_80_0_0_b11c0a049293848a2b3706796dbabadc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, mdb
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, mdb
Putin: Rusiya MDB-də sədrliyi dövründə hərbi əməkdaşlığa xüsusi diqqət yetirəcək
Putin qeyd edib ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir.
BAKI, 13 oktyabr — Sputnik. Rusiya gələn il MDB-də sədrliyi zamanı hərbi əməkdaşlığa və tarixin saxtalaşdırılmasına qarşı mübarizəyə xüsusi diqqət yetirəcək. Bunu Rusiya prezidenti Vladimir Putin MDB sammitinin geniş tərkibdə keçirilən iclasında deyib.
"Hərbi və hüquq-mühafizə sahələrindəhəm yeni, həm də ənənəvi çağırışlara birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə, Birliyin xarici sərhədlərinin möhkəmləndirilməsinə diqqət yetiriləcək", - deyə o, bildirib.
Putin qeyd edib ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir.
"Biz ümumi keçmişimizin yaddaşını qorumaq, tarixi saxtalaşdırmaq və nasizmi gücləndirmək cəhdlərinə qarşı koordinasiyalı addımlar atmağı vacib hesab edirik", - Rusiya prezidenti bildirib.
"Rusiya MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinə əlavə təkan verməyi planlaşdırır. Moskva vahid hüquqi məkanın formalaşdırılması üçün qanunvericilər arasında əməkdaşlığın intensivləşdirilməsində, parlament assosiasiyaları ilə əlaqələrin gücləndirilməsində maraqlıdır", - Putin qeyd edib