Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: İsrail və HƏMAS münaqişəsinə yeni tərəflərin cəlb olunma riski yüksəkdir

© AP Photo / Adel HanaQəzza zolağında vəziyyət
Qəzza zolağında vəziyyət - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Rusiyalı diplomat xəbərdarlıq edib ki, Yaxın Şərqdə gərginliyin azalmasını yaxın gələcəkdə gözləmək olmaz.
BAKI, 10 oktyabr — Sputnik. Fələstin-İsrail münaqişəsinə yeni tərəflərin cəlb edilməsi riski yüksəkdir, onun İsrail və Livan sərhədinə yayılması təhlükəsi artır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"İordan çayının qərb sahilində gərginlik artır. Münaqişənin Livan-İsrail sərhəd bölgəsinə yayılması və yeni tərəflərin bura cəlb edilməsi riskləri yüksəkdir", - deyə diplomat bildirib.
Diplomatın fikrincə, Yaxın Şərqdə gərginliyin azalmasını yaxın gələcəkdə gözləmək olmaz. Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, Moskva Fələstin və İsrail arasındakı münaqişənin kəskinləşməsindən son dərəcə narahatdır və bu münaqişə zamanı təkcə rəsmi məlumatlara görə, artıq 1,5 mindən çox insan həlak olub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdəki vəziyyətin gərginləşməsini ABŞ siyasətinin uğursuzluğunun bariz nəticəsi adlandırıb və BMT Təhlükəsizlik Şurasının müstəqil suveren Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının həyata keçirilməsinin zəruriliyini bildirib.
Bu yaxınlarda "KP.RU" saytı İsrail və Fələstinin uzun illər davam edən müharibəsinin qaydasız qanlı qırğına necə çevrildiyini və humanitar hüququn hara yoxs çıxdığını izah edib.
Xəbər lenti
0