QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsinin 7-ci günü: Suya Qovuşduğumuz Gün - VİDEO

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycanın Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, arxiv şəkli
Azərbaycanın Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Üç il əvvəl Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib.
BAKI, 3 oktyabr - Sputnik. Üç il əvvəl Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. 2020-ci il oktyabrın 3-də həmçinin Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum olub.
Vətən müharibəsi
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük MərcanlıNüzgar kəndləri işğaldan azad edilib.
Xəbər lenti
0