QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı açıqlandı - VİDEO

© AP Photo / Paul Sakumapartlayış
partlayış - Sputnik Azərbaycan, 1920, 26.09.2023
Abunə olmaq
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycanın Xankəndi şəhəri yaxınlığında baş vermiş partlayışda həlak olan 125 nəfərin cəsədi Ermənistana aparılıb.
Bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan jurnalistlərə bildirib.
***
Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
***
Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə sentyabrın 25-də axşam saatlarında baş verib.
Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.
Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır.
Xəbər lenti
0