Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT-nin işində "ikili standartlardan" istifadə yolverilməzdir - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, arxiv - Sputnik Azərbaycan, 1920, 22.09.2023
Abunə olmaq
Lavrov və Quterreşin söhbətində aktual beynəlxalq problemlər, eləcə də Rusiya ilə BMT arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
BAKI, 22 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşə birləşmiş təşkilatın sənədlərində müxtəlif ərazilərə münasibətdə "ikili standartlar"ın tətbiqinin yolverilməzliyini xatırladıb. Rusiya XİN bu barədə məlumat verib.

"BMT Baş katibinin bütün tərəflərin iştirakını nəzərdə tutmayan təşəbbüslərdə iştirak etməkdən çəkinməsinə diqqət çəkilib. Sergey Lavrov, həmçinin BMT-nin statistik və digər sənədlərində müxtəlif ərazilərə tətbiq olunan "ikili standartların" istifadəsinin yolverilməzliyinə işarə edib", - deyə idarənin saytında bildirilib.

Qeyd olunub ki, Lavrov və Quterreşin söhbətində aktual beynəlxalq problemlər, eləcə də Rusiya ilə BMT arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri BMT rəhbərliyinin və onun bütün əməkdaşlarının qərəzsizlik prinsiplərinə riayət etmələrinin vacibliyini vurğulayıb.
Xarici İşlər Nazirliyi əlavə edib ki, Lavrov BMT-nin baş katibini birləşmiş təşkilatın strukturlarının nümayəndələrinin Ukrayna böhranı kontekstində siyasiləşdirilmiş təşəbbüslərə cəlb olunmasının qarşısını almağa çağırıb.
Lavrov və Quterreş təşkilatın reallıqlara uyğunlaşdırılması üçün islahatlar mövzusunu da müzakirə ediblər. Vurğulanıb ki, rusiyalı nazir islahatlar apararkən və təşkilatın hökumətlərarası xarakterini qoruyarkən, onun əsas qurumları arasında "əmək bölgüsü"nə riayət edərkən BMT-yə üzv olan bütün dövlətlərin rəyinin vacibliyini qeyd edib.
Rusiya XİN-in məlumatına görə, Rusiya 2024-cü ildə keçiriləcək "Gələcəyin Sammiti"ndəki müzakirələrdə fəal iştirak etməyə və özünün yekun sənədi olan "Gələcəyin Paktı" üzərində işləməyə hazır olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0