QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub

© AR Ministry of DefenceƏrazinin minalardan təmizlənməsi, arxiv
Ərazinin minalardan təmizlənməsi, arxiv - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
BAKI, 25 avqust — Sputnik. Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.
Bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0