Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİİ və ASEAN ticarət-iqtisadi əməkdaşlığı artırır

© Photo : Port of Baku - Press OfficeBakı beynəlxalq dəniz limanı
Bakı beynəlxalq dəniz limanı - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
AİK və ASEAN Katibliyi Anlaşma Memorandumunun həyata keçirilməsinin nəticələrini müzakirə edərək, dialoqun dərinləşdirilməsi istəyini və ən yaxşı inteqrasiya təcrübələrinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər.
BAKI, 23 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında qarşılıqlı fəaliyyət regionlar arasında ticarət-iqtisadi əməkdaşlığın artırılmasına hesablanıb.
Bunu Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev avqustun 20-23-də Semaranq şəhərində (İndoneziya) keçirilən ASEAN ölkələrinin iqtisadiyyat nazirlərinin 55-ci iclası çərçivəsində keçirilən məsləhətləşmələr zamanı deyib.
AİK və ASEAN Katibliyi Anlaşma Memorandumunun həyata keçirilməsinin nəticələrini müzakirə edərək, dialoqun dərinləşdirilməsi istəyini və ən yaxşı inteqrasiya təcrübələrinin öyrənilməsində maraqlı olduqlarını qeyd ediblər.

"Mart ayında biz Aİİ və ASEAN-da rəqəmsal transformasiya ilə bağlı seminar keçirdik və bu, rəsmi, işgüzar dairələrin və regionlarımızın ekspert dairələrinin diqqətini cəlb etdi. Biz 2024-cü ildə baş tuta biləcək belə bir seminarın ikinci mərhələsi üçün hazırlıqlara başlamaq niyyətindəyik", - Sergey Qlazyev vurğulayıb.

© Sputnik / Евгений БиятовAvrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev
Советник Президента РФ по вопросам региональной экономической интеграции Сергей Глазьев - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev
Seminarın ideyasını ASEAN-ın baş katibi Kao Kimxorn dəstəklədi və o, həmçinin Aİİ və ASEAN arasında qarşılıqlı fəaliyyətin ümumi səviyyəsini müsbət qiymətləndirib.
Sergey Qlazyev BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə AİK və ASEAN-ın birgə töhfəsini, eləcə də ticarət həcminin artırılması məqsədilə hər iki assosiasiyanın işgüzar əlaqələrin inkişaf etdirilməsi səylərini qeyd edib.
AİK naziri diqqəti Aİİ və ASEAN arasında ticarət dövriyyəsinin müsbət dinamikasına yönəldib (2015-ci ildən buyana ticarət dövryyəsi 1,6 dəfə artıb), lakin qarşılıqlı ticarət potensialının tam reallaşmaqdan uzaq olduğunu vurğulayıb.

"AİK və ASEAN arasında qarşılıqlı fəaliyyətin müsbət dinamikası əsasən Komissiya ilə Assosiasiya dövlətləri arasında memorandumlar və ticarət sazişləri formatında yüksək səviyyəli dialoqla dəstəklənir", - deyə AİK naziri qeyd edib.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) 1967-ci ildə yaradılmış iqtisadi birlikdir.
Assosiasiyanın üzvləri İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippin, Bruney Darüssəlam, Vyetnam, Laos, Myanma, Kambocadır. Papua Yeni Qvineya və Şərqi Timor müşahidəçi statusuna malikdir. Bu, ümumi ÜDM-i 2,6 trilyon ABŞ dolları və 622 milyon nəfər əhalisi olan ən böyük regional inteqrasiya birliklərindən biridir.
AİK və ASEAN arasında iqtisadi əməkdaşlıq sahəsində Anlaşma Memorandumu 14 noyabr 2018-ci il tarixində Sinqapurda imzalanıb. Sənəd Avrasiya qitəsi miqyasında inteqrasiya blokları arasında qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrinin müzakirəsi üçün dialoq platformasının formalaşdırılması üçün zəmin yaradır.
Memorandumu həyata keçirmək üçün 2020–2025-ci illər üçün Əməkdaşlıq Proqramı qəbul edilib. O, gömrük qanunvericiliyi və hüquq-mühafizə təcrübəsi, ticarət siyasəti, sahibkarlıq fəaliyyəti, texniki və antiinhisar tənzimlənməsi, enerji, daxili bazarların fəaliyyəti və s. kimi sahələri əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0