QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Daha 23 ailə Füzuli şəhərinə yola düşüb

© Photo : AZƏRTACFüzuliyə daha 23 ailə yola salınıb
Füzuliyə daha 23 ailə yola salınıb
 - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Abunə olmaq
Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.
BAKI, 22 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin xəbər verir ki, avqustun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 23 ailə - 89 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
© Photo : AZƏRTACFüzuliyə daha 23 ailə yola salınıb
Füzuliyə daha 23 ailə yola salınıb
 - Sputnik Azərbaycan, 1920, 22.08.2023
Füzuliyə daha 23 ailə yola salınıb
Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 70 ailə, yəni, 247 nəfərin daimi məskunlaşması təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0