Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub - Yenilənib

© AFP 2023 / YURI KOCHETKOVAzərbaycan və Rusiya xarici işlər naziri Ceyhun Bayramov və Sergey Lavrov, arxiv fotosu
Azərbaycan və Rusiya xarici işlər naziri Ceyhun Bayramov və Sergey Lavrov, arxiv fotosu - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyini, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
BAKI, 15 avqust - Sputnik. Avqustun 15-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri - Sergey LavrovCeyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib.
Sergey Lavrov, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0