Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Dağıstan birgə turizm biznesi qurur

© Sputnik / Денис Абрамов / Mediabanka keçidMahaçqala, arxiv
Mahaçqala, arxiv - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Azərbaycandan olan turizm şirkətlərinin nümayəndələri qarşılıqlı turist axınının bərpasını müzakirə etmək üçün Rusiya regionuna səfər edəcəklər.
BAKI, 7 avqust - Sputnik. Azərbaycan və Dağıstanın nümayəndələri birgə turizm layihələrinin başlanmasını müzakirə edəcəklər. Azərbaycan Respublikasının yeddi turoperatoru Dağıstan İxraca Dəstək Mərkəzinin (İDM) təşkil etdiyi biznes missiyası çərçivəsində Dağıstana səfər edəcək. Azərbaycanın turizm biznesinin nümayəndələri avqustun 14-də Rusiyanın bu regionuna yollanacaqlar.

“Missiya çərçivəsində nümayəndə heyəti Dağıstanın ən məşhur turistik yerlərinə səfər edəcək və regionun mehmanxana infrastrukturu ilə tanış olacaq. Səfərin əsas məqsədi birgə turların işlənib hazırlanması və başlanması, həmçinin Dağıstan və Azərbaycan arasında turist axınının artırılmasıdır”, - deyə İDM-nin mətbuat xidməti xəbər verir.

Qeyd edilir ki, belə əməkdaşlıq hər iki region üçün turizmin inkişafında mühüm addım olacaq. Azərbaycan və Dağıstan müxtəlif ölkələrdən gələn turistlərin diqqətini və marağını cəlb edə biləcək zəngin mədəni, tarixi və təbii irsə malikdir.
Bu işgüzar missiyanın iki ölkənin turoperatorları arasında gələcək əməkdaşlığın başlanğıc nöqtəsi olacağı və Qafqaz regionunda turizmin inkişafına töhfə verəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0