Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN taxıl sazişinə qayıtmaq üçün şərtini açıqladı

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər.
BAKI, 5 avqust - Sputnik. “Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Teleqram kanalında ABŞ Dövlət Departamentinin Moskvanın “Taxıl sazişi”nə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişini cavablandırarkən deyib.
“Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Qərb ölkələri tələblərini yerinə yetirən kimi Moskvanın “Taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib. Söhbət Rusiya Federasiyasından kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına qarşı sanksiyaların ləğvindən, “Rosselxozbank”ın və ya onun törəmə qurumunun SWIFT-ə qoşulmasından, Rusiya taxılının daşınması üçün gəmilərin pulsuz hərəkətindən gedir.
Xəbər lenti
0