Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kiyevə gətirilən hərbi texnika USQ-nin məhvinə səbəb olur

© AFP 2023 / FRANCOIS NASCIMBENIAMX 10 RC
AMX 10 RC  - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Ukraynaya Avropa ölkələrindən tədarük edilən silahların keyfiyyəti o qədər də yaxşı deyil.
BAKI, 4 iyul — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri bildiriblər ki, Kiyevə Fransa, Almaniya və İtaliyadan gətirilən hərbi texnika ukraynalı hərbçilərin ölümünə səbəb olur.
Bu barədə Amerikanın "Military Watch Magazine" portalı məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində döyüş əməliyyatları üçün kifayət qədər effektiv zirehlərə malik olmayan təkərli "AMX-10RC" tankını tənqid edilib.
Məqalə müəllifləri belə qənaətə gəliblər ki, Ukraynaya Avropa ölkələrindən tədarük edilən silahların keyfiyyəti o qədər də yaxşı deyil.
Rusiyada Ukraynaya Qərb dövlətləri tərəfindən həyata keçirilən silah-sursat tədarükünün əleyhinə çıxırlar. Kreml bildirib ki, Kiyevi silahla təmin etmək sülh danışıqlarına müsbət təsir göstərmir və münaqişəni daha da gərginləşdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi kimi, ABŞ və Şimali Atlantika Alyansı münaqişədə birbaşa iştirak edirlər.
Qeyd edək ki, iyulun 3-də Almaniyanın müdafiə naziri Boris Pistorius yaxın həftələrdə onlarla "Leopard 1A5" tankının Ukraynaya təhvil veriləcəyini açıqlayıb.
Xəbər lenti
0