Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Frans Beki: Qərb Ukraynanın hərəkətlərindən məyus olub

© AFP 2023 / ADRIAN DENNISUkrayna bayrağı
Ukrayna bayrağı - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Ukrayna zirehli texnikanı itirərək Qərbin gözləntilərini doğrultmayıb.
BAKI, 4 iyul — Sputnik. Ukrayna ona göndərilən zirehli texnikanı hər dəfə itirməklə Qərbin gözləntilərini doğrultmayıb.
Bunu almaniyanın “Berliner Zeitung” qəzetinin icmalçısı Frans Beki deyib.
Qərb dövlətləri tanklar və zirehli transportyorlardan istifadənin əhəmiyyətli uğurlar əldə edəcəyinə ümid edərək Ukraynaya böyük ümidlərlə bu döyüş maşınlarını tədarük ediblər”, - nəşrdə deyilir.
Jurnalistin sözlərinə görə, Qərb tərəfdaşlarının məyusluğu Ukrayna hücumunun başlamasından sonra baş verib. Beki həmçinin vurğulayıb ki, Berlinin Kiyevə dəstəyi “can və pul bahasına başa gəlib”. O əlavə edib ki, Almaniya 2023-cü ilin əvvəlindən Ukraynaya dəstək üçün təxminən beş milyard yarım avro ayırıb ki, bu da bir il əvvəl ayrılan iki milyarddan xeyli çoxdur.
Qərb silahları Ukraynanı məğlubiyyətdən xilas etmir. Rusiya silahlarının effektivliyi daha yüksəkdir və Rusiya Hərbi Hava Qüvvələrinin üstünlüyü aşkar şəkildə hiss edilir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0