Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Dərbənd məscidini ziyarət edib, ona Quran hədiyyə edilib - VİDEO

© Sputnik / Гавриил Григоров / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Putin Dağıstanda turizmlə bağlı müşavirə keçirəcək və Dağıstan rəhbəri Sergey Melikovla görüşəcək.
BAKI, 28 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də Dağıstana səfər edib. O, Dərbənddə Cümə məscidini ziyarət edib.
Məsciddə ona Quran hədiyyə olunub.
Prezident vurğulayıb ki, bəzi ölkələrdən fərqli olaraq, Rusiyada Qurani-Kərimə hörmətsizlik cinayətdir.
Qeyd edək ki, bu gün polisin icazəsi ilə iraqlı mühacir Stokholmda məscidin qarşısında Quran səhifələrini yandırıb.
***
Rusiya Prezidenti Vladimir Putin iyunun 28-də Dağıstana səfər edəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin Dağıstanda turizmlə bağlı müşavirə keçirəcək və Dağıstan rəhbəri Sergey Melikovla görüşəcək.
Qeyd edək ki, yerli teleqram kanallarında Putinin Dərbəndə səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, Dərbənddə Rusiya prezidentinin səfərinə hazırlıq işləri görülür.
Bundan əvvəl Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
"XHƏ zamanı müsəlman döyüşçülər Rusiyanı müdafiə edərək fədakarlıq, cəsarət və cəsarət nümayiş etdirirlər", - Putinin təbrik teleqramında deyilir.
Onun sözlərinə görə, Rusiyanın müsəlman icması ölkənin həyatında yaradıcı rol oynayır, ailə dəyərlərinin qorunub saxlanmasına, gənc nəslin tərbiyəsinə mühüm töhfə verir.
Rusiyanın dövlət başçısı qeyd edib ki, bu gün əcdadlarının tarixi, mənəvi, vətənpərvərlik ənənələrinə arxalanan müsəlman döyüşçülər xüsusi hərbi əməliyyat zamanı fədakarlıq, şücaət və igidlik nümayiş etdirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0