Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin SPIEF 2023-də BƏƏ prezidenti ilə görüşə başlayıb

© Sputnik / Илья ПиталевVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Rusiya prezidenti qeyd edib ki, BƏƏ Rusiya üçün çox yaxşı və rahat tərəfdaşdır.
BAKI, 16 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zeid Əl Nəhyanla görüşüb.
Bu barədə Rusiya mediası xəbər verib.
"Rusiya üçün BƏƏ çox yaxşı və rahat tərəfdaşdır", - deyə Putin qeyd edərək Əl Nahyana Ukraynadakı münaqişə zamanı humanitar məsələlərin həllinə verdiyi töhfəyə görə təşəkkür edib.
Öz növbəsində BƏƏ prezidenti əməkdaşlığa və ölkələr arasındakı münasibətlərin möhkəmləndirilməsinə görə Rusiya dövlət başçısına təşəkkür edib və əlavə edib ki, Əmirlik Ukrayna böhranının həllinə hər cür kömək etməyə hazırdır.
Xatırladaq ki, Vladimir Putin iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edəcək. Dövlət başçısının çıxışının canlı yayımı "KP.RU" saytında yayımlanacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin çıxışında təkcə Rusiya iqtisadiyyatını qiymətləndirməyəcək, həm də Ukraynadakı xüsusi hərbi əməliyyat (XHƏ) məsələsinə də toxunacaq. Peskov əlavə edib ki, Vladimir Putin Ukraynadakı mövcud vəziyyətin həllinə gətirib çıxara biləcək istənilən ideyanı dəstəkləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0