Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baydeni öyrətmək mənim işim deyil - Putin

© Sputnik / Алексей КуденкоRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Rusiya prezidenti qeyd edib ki, Bayden yetkin və təcrübəli siyasətçidir.
BAKI, 16 iyun - Sputnik. Bayden yetkin və təcrübəli siyasətçidir. Mən ona heç nə öyrədə bilmərəm.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
“ABŞ prezidenti Co Baydenə burdan nə demək istəyirsiniz” sualına cavab verən Putin Baydeni yetkin və təcrübəli siyasətçi adlandırıb: "Onu öyrətmək mənim işim deyil. Qoy, o nəyi düzgün hesab edir, onu etsin. Biz öz maraqlarımıza uyğun olanı edəcəyik. Bununla hesablaşmaq lazım olacaq", - deyə Putin bildirib.
Rusiya prezidenti iclasda onu da deyib ki, "ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya bütün güc və vasitələrdən istifadə edəcək”.
Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var:
“Qərb Rusiya ilə danışıq aparmaq istəmirdi, amma onlar istəyəcəklər, biz isə duruma baxacağıq. Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var və onlar bizdən onun sayını azaltmağımızı istəyirlər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0