Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin onu Azərbaycana səfir təyin etdi

© Photo : cis executive committeeMixail Yevdokimov, arxiv şəkli
Mixail Yevdokimov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Yeni səfir 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
BAKI, 14 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Digər bir sərəncamla Mixail Boçarnikov bu vəzifədən azad edilib.
Mixail Boçarnikov 2018-ci ildən Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
Mixail Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis və Fransız dillərini bilir.
1981-ci ildən Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.
1996-1997-ci illərdə İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi vəzifəsini icra edib. 2001-2002-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin şöbə müdiri vəzifəsini tutub. 2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin direktor müavini təyin edilib.
2011-ci ilin may-noyabr aylarında MDB ölkələri üzrə birinci departamentin direktor müavini; 2011-ci ilin noyabr ayından MDB ölkələrinin Birinci Departamentinin direktoru vəzifəsini daşıyıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0