Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ üstünlük əldə etmək üçün beynəlxalq təhlükəsizlik sistemini məhv edir - Deputat

© AFP 2023 / CHRISTOF STACHEABŞ hərbçiləri, arxiv şəkli
ABŞ hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
"Vahid Rusiya"dan olan Dövlət Dumasının deputatı Oleq Morozov: "Nüvə müharibəsi başlayarsa, yalnız iki variantımız var - qalib gəlmək və ya məğlub olmamaq".
BAKI, 2 iyun — Sputnik. Birləşmiş Ştatlar birtərəfli üstünlüklər əldə etmək üçün uzun illərdir ki, dünyada təhlükəsizliyin qorunmasının beynəlxalq sistemini məhv edir.
Bunu "Vahid Rusiya"dan olan Dövlət Dumasının deputatı Oleq Morozov bildirib.
ABŞ Dövlət Departamentinin Silahlara Nəzarət, Yoxlama və Uyğunluq Bürosu cümə axşamı bildirib ki, ABŞ iyunun 1-dən etibarən Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (SHSAM) altına düşən strateji silahlarının statusu və yerləşdiyi yer barədə məlumatı Rusiyaya ötürməyi dayandırıb.
© Sputnik / Aleksandr Natruskin / Mediabanka keçidFederasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Oleq Morozov
Член Комитета Совета Федерации по международным делам Олег Морозов - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Oleq Morozov

"ABŞ illərdir ki, birtərəfli üstünlüklər əldə etməkdən ötrü üçün dünyada təhlükəsizliyin qorunmasının bütün beynəlxalq sistemini məhv edir. Bizə seçim qoymur. Əgər ortaq qalxanı qorumaq istəmirlərsə, qılıncı itiləmək lazımdır! Hipersəs, nüvə mühərrikləri, dəqiqlik və zəif bəndinin olmaması - qılıncımızın tərkib hissələri bunlardır. Nüvə müharibəsi başlayarsa, yalnız iki variantımız var - qalib gəlmək və ya məğlub olmamaq. Amerikalılar bunu ciddi şəkildə dərk etməlidirlər", - deyə Morozov "RİA Novosti"yə bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Rusiyanın strateji hücum silahlarının azaldılması haqqında Rusiya-Amerika müqaviləsində (START-3) iştirakını dayandırdığını bəyan edib və ölkənin müqavilədən çıxmadığını vurğulayıb.
O qeyd edib ki, müzakirəyə qayıtmazdan əvvəl Fransa və Böyük Britaniya kimi ölkələrin nə iddia etdiyini və onların strateji arsenallarını, yəni NATO-nun birgə zərbə potensialını necə nəzərə almaq lazım olduğunu anlamaq lazımdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "RİA Novosti"yə bildirib ki, Rusiyanın Müqavilədə iştirakının dayandırılması ilə bağlı rəsmi nota fevralın 28-də Amerika tərəfinə verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0